Can ətindən befstroqanov bolqar bibəri ilə

İnqrediyetnlər: can əti, bolqar bibəri, şampinyon göbələk, kartof, un, turşu xiyar, qaymaq, xama, baş soğan. 

Porsiyanın çəkisi: 500 qr

100 qr hazır məhsula:

Enerji dəyəri (kkal) – 88    Zülallar (qr) - 7 Yağlar (qr) – 4     Karbohidratlar (qr) - 7

Hazırlanması:

Diqqət! Biz sizə dünya mətbəxinin restoran səviyyəsinə uyğun müxtəlif təamlarının reseptlərini təqdim edirik. Bu təamlarda müxtəlif ədviyyat və otlardan istifadə edildiyinə görə, onlar qeyri-adi və spesifik dada malik ola bilərlər. Bununla əlaqədar olaraq, bütün ot və ədviyyatları yeməklərə qatmazdan əvvəl dadmağı və tədricən əlavə etməyi tövsiyə edirik.

1. Kartofu təmizləyin, yuyun, doğrayın, qazana yerləşdirin, duzlayın və üzərinə qaynar su əlavə edin. Zəif alovda yumuşalana kimi bişirin (təxminən 15 dəqiqə)

2. Əti qablaşdırmadan çıxardın və eni 2-3 sm olan zolaqlar şəkilində doğrayın. Əti duzlayın, istiotlayın. Qaba un tökün və əti una batırın. Artıq unu ətdən çırpın və əti başqa bir qaba və ya doğranma taxtasına qoyun.

3. Soğanı, bolqar bibərini və göbələkləri təmizləyin və axar su altında yuyun. Tərəvəzləri və turşu xiyarları nazik zolaqlar şəkilində doğrayın.

4. Orta-güclü odda qızdırılmış tavaya bitki yağı əlavə edin. Ət tikələrini tavaya düzün və qəhvəyi təng alanadək hər iki tərəfdən qəzardın. Daim qarışdırıraraq 2-3 dəqiqə ərzində qızardın, sonra soğan əlavə edin və daha 1-2 dəqiqə ərzində qızardın. Daha sonra bolqar bibərini və şampinyonları əlavə edin. Yumuşalana kimi qızardın. Turşu xiyarı, qaymaöı və xamanı əlavə edin və zəif odda 2-3 dəqiqə ərzində qazardın. Zövqünüzə görə duzlayın və istiotlayın

5. Kartofun suyunu süzün, kartofu yaxşıca əzin, bir qədər qaynar su və qaymaq əlavə edin ki, püre krem halını alsın. Duzlayın, istiotlayın.

6. Püreni təpəcik şəkilində qaba qoyun. Üzərinə befstroqanovu yerləşdirin Zövqünüzə görə təamı turşu xiyar və göyərti ilə bəzəyin. Nuş olsun!

Növbəti günün şam yeməyi üçün toyuq filesini buz dolabından çıxardın və soyuducuya yerləşdirin. 

Menyuya qayıtmaq

Mətbəxtdə sizə nə lazım olacaq

Dadlı şam yeməyinin hazırlanması üçün tələb olunan əşyalararın siyahısı!

lg_b93292f9da030b08d61d52841a3120cc lg_bc9b96d4a41c8dbd67b64fdf325e56bc