Pendirli raviolli dörd növ pendir sousu ilə

İnqrediyetnlər: dondurulmuş raviolli, qaymaq, Qrand Padana pendiri, Mosarella pendiri, Qorqondzolla pendiri, Qauda pendiri, reyhan, çerri pomidorları

Porsiyanın çəkisi: 500 qr

100 qr hazır məhsula:

Enerji dəyəri (kkal) – 266 Zülallar (qr) - 18 Yağlar (qr) – 10 Karbohidratlar (qr) - 33

Hazırlanması:

Diqqət! Biz sizə dünya mətbəxinin restoran səviyyəsinə uyğun müxtəlif təamlarının reseptlərini təqdim edirik. Bu təamlarda müxtəlif ədviyyat və otlardan istifadə edildiyinə görə, onlar qeyri-adi və spesifik dada malik ola bilərlər. Bununla əlaqədar olaraq, bütün ot və ədviyyatları yeməklərə qatmazdan əvvəl dadmağı və tədricən əlavə etməyi tövsiyə edirik.

1. Raviollinin hazırlanması üçün dərin qazan alın, 1 porsa 0.7-1 l. hesabı ilə su doldurun. Oda qoyun və qaynamasını gözləyin.

2. Dondurulmuş raviollini qablaşdırmadan çıxardın və doğranma axtasının üzərinə düzün ki bir qədər donu açılsın.

3. Tavaya qaymaq əlavə edin və qızması üçün qoyun zəif oda qoyun.

4. Pendirləri xırda dördbücaqlar şəkilində doğrayın və qaymağın üzərinə əlavə edin. Pendirin tam əriməsini gözləyin. Bu 1-2 dəqiqədən çox vaxt almayacaq.

5. Raviollini diametri qazanın diametrindən az olan əliyin üzərinə düzün. Ələyi 7-10 dəqiqəlik az duzlanmış və bitki və ya zeytun yağı əlavə olunmuş suya yerləşdirin. Xəmir ağarmalıdır. Hazırlanmasını yoxlayın. Ələyi qaynyan sudan çıxardın. Suyu süzdürün.

*Əgər ələyiniz yoxdursa, raviollini duzlanmış və bitki və ya zeytun yağı əlavə olunmuş qaynayan suya 7-10 dəqiqəlik kəfgirlə tutaraq atın. Suyun bərk qaynamasına imkan verməyin.

6. Hazır raviollini qaba yerləşdirin. Pendir sousunu üzərinə əlavə edin. Reyhan və çerri pomidorları ilə bəzəyin. Zövqünüzə görə raviollinin üzərinə sürtülmüş Qrand Padana pendirini də əlavə edin. Nuş olsun!

Menyuya qayıtmaq

Mətbəxtdə sizə nə lazım olacaq

Dadlı şam yeməyinin hazırlanması üçün tələb olunan əşyalararın siyahısı!

lg_51fd0ec3cac675263d50152c4bd2c630 lg_29c4056409e479186e9b5e02a0d69626