Hisə verilmiş hind quşunin ətindən oladyalar gül kələmlə

İnqrediyetnlər: hisə verilmiş hind quşu, gül kələm, soğan, yumurta, göyərti, un, ədviyyatlar qarışığı.

Porsiyanın çəkisi: 450 qr

100 qr hazır məhsula:

Enerji dəyəri (kkal) – 120 Zülallar (qr) - 8 Yağlar (qr) – 12 Karbohidratlar (qr) - 8

Hazırlanması:

Diqqət! Biz sizə dünya mətbəxinin restoran səviyyəsinə uyğun müxtəlif təamlarının reseptlərini təqdim edirik. Bu təamlarda müxtəlif ədviyyat və otlardan istifadə edildiyinə görə, onlar qeyri-adi və spesifik dada malik ola bilərlər. Bununla əlaqədar olaraq, bütün ot və ədviyyatları yeməklərə qatmazdan əvvəl dadmağı və tədricən əlavə etməyi tövsiyə edirik.

1.Gül kələmi bişirmək üşün suyu qazanda odun üzərinə qoyun (2 porsiyaya 0.7-1 litr hesabı ilə)

2.Tərəvəzləri və göyərtini paketdən çıxrdın və yuyun.

3.Soğanı və göyərtini xırda doğrayın.

4.Gül kələmi güllərə bölün və azca duzlanmış suda tam hazır olmasına kimi 5-7 dəqiqə ərzində bişirin. Soyudun və xırda doğrayın. Bundan sonra kələmə doğranmış soğan və göyərtini əlavə edin. Yumurta və un əlavə edin, zövqünüzə görə duzlayın, qarışdırın.

5.Tavaya bitki yağı qataraq onu orta odda qızdırın. Kütlədən oladyalar formalaşdırın və hər tərəfdən təxminən 2-3 dəqiqə ərinzdə qızılı rəng alanadək qızardın. İstədikdə slaysları da oladyalarla birgə tavada qızdırın.

6.Hind quşu ətindən slaysları və oladyaları qaba düzün. Xama ilə birgə təqdim edin. Nuş olsun!

Növbəti günün şam yeməyi üçün toyuq filesini buz dolabından soyuducuya yerləşdirin. 

Menyuya qayıtmaq

Mətbəxtdə sizə nə lazım olacaq

Dadlı şam yeməyinin hazırlanması üçün tələb olunan əşyalararın siyahısı!

lg_e9d899e46a856fc65d96da5ca68700be lg_55ab1ef236a3aa2f94719b33b8773891