Balıq brizolu qaytmaqlı püre ilə

İnqrediyentlər: balıq filesi (tilapiya), kartof, un, toyuq yumurtası, limon, ədviyyatlar qarışığı.

Porsiyanın çəkisi: 550 qr

100 qr hazır məhsula:

Kalori (kkal) – 178 Zülallar (qr) –11 Yağlar (qr) – 10 Karbohidratlar (qr) – 11

Hazırlanması:

Diqqət! Biz sizə dünya mətbəxinin restoran səviyyəsinə uyğun müxtəlif təamlarının reseptlərini təqdim edirik. Bu təamlarda müxtəlif ədviyyat və otlardan istifadə edildiyinə görə, onlar qeyri-adi və spesifik dada malik ola bilərlər. Bununla əlaqədar olaraq, bütün ot və ədviyyatları yeməklərə qatmazdan əvvəl dadmağı və tədricən əlavə etməyi tövsiyə edirik.

1. Kartofu təmizləyin, yuyun, dilimləyin, qazana qoyun, duzlayın, üzərinə qaynar su əlavə edin. Az odda hazır olana kimi bişirin (təxminən 15 dəqiqə).

2. Yumurtanı duz və istiotla qabda qarışdırın (çalmayın).

3. Fileni paketdən çıxardın, axar suda yuyun, qurudun. Yastı qaba un tökün və balığı hər iki tərəfdən una batırın. Daha sonra balığı yumurtaya salın və hər iki tərəfdən yaxşıca batırın.

4. Orta odda qızdırılmış tavaya bitki yağı əlavə edin. Balığı tavaya yerləşdirin. Yumurtanın qalan hissəsini balığın üzərinə tökün. Balığın üzərindən tökülmüş yumurtanı taxta qaşıqla yığın və balığın üzərinə yaxın (bunu tez etmək lazımdır, çünkü yümurta ani bişir).

5. Yumurta bərkiyəndən və azca qızarandan sonra, fileni çevirin. Zəif odda bağlı qapaqla 3-5 dəqiqə ərzində qızartmağa davam edin. Balıq brizolunu tavadan çıxardın.

6. Kartofun suyunu süzün, kakrtofu yaxşıca əzin, bir qədər qaynar su və (zövqünüzə görə) kərə yağı əlavə edin ki, püre krem halını alsın. Duzlayın, istiotlayın.

7. Balıq brizolunu göyərti ilə bəzəyərək püre ilə təqdim edin. Nuş olsun.

Növbəti günün şam yeməyi üçün toyuq filesini buz dolabından soyuducuya yerləşdirin. 

Menyuya qayıtmaq

Mətbəxtdə sizə nə lazım olacaq

Dadlı şam yeməyinin hazırlanması üçün tələb olunan əşyalararın siyahısı!

lg_b09c21ef7c92b81e9e1dfbf9d754a3b2 lg_f2affb33fe2886c2d382748214c5e229