Toyuğun döş əti ilə evsayağı yumurtalı əriştə qaymaqlı sousda

İnqrediyentlər: toyuğun döş əti, yumurtalı əriştə, şirin bibər, soğan, kök, sous.

Porsiyanın çəkisi: 450 qr

100 qr hazır məhsula:

Kalori (kkal) – 154 Zülallar (qr) –10 Karbohidratlar (qr) – 22 Yağlar (qr) – 3

Hazırlanması:

Diqqət! Biz sizə dünya mətbəxinin restoran səviyyəsinə uyğun müxtəlif təamlarının reseptlərini təqdim edirik. Bu təamlarda müxtəlif ədviyyat və otlardan istifadə edildiyinə görə, onlar qeyri-adi və spesifik dada malik ola bilərlər. Bununla əlaqədar olaraq, bütün ot və ədviyyatları yeməklərə qatmazdan əvvəl dadmağı və tədricən əlavə etməyi tövsiyə edirik.

1. Donu açılmış toyuqu qablaşdırmadan çıxardın, yuyun və quruladın. Toyuqun döş ətinin uzun zolaqlar şəkilində doğrayın.

2. Parallel olaraq əriştə üçün qazanda qaynamağa su qoyun (0.7-1 lt i pors üçün).

3. Tərəvəzləri yuyun və təmizləyin. Kökü və şirin bibəri nazik zolaqlar, baş soğanı isə nazik lələklər şəkilində doğrayın.

4. Yüksək odda bitki yağını qızdırın və toyuqla kökü qızardın. Toyuğu yüngül qızılı rəng alanadək qızardın. Soğanı və bibəri əlavə edin. Qarışdıraraq daha 7-8 dəqiqə ərzində qızardın.

5. Duz əlavə edilmiş qaynayan suya əriştəni tökün və qarışdırın. Əriştəni 7-10 dəqiqə ərzində bişirin. Onun hazırlanmasını mütəmadi yoxlayın.

6. Bütün inqrediyentlər qızardıldıqdan sonra, tavaya sousu və bişirilmiş, süzgəcdən suyu süzülmüş əriştəni əlavə edin. Qarışdırın və tavada daha 2 dəqiqə saxlayaraq tavanı odun üzərindən götürün.

7. Toyuqlu əriştə hazırdır. Təamı dərhal süfrəyə təqdim edin, istəyinizə görə təzə kişnişin yarpaqları ilə bəzəyin. Nuş olsun!

Menyuya qayıtmaq

Mətbəxtdə sizə nə lazım olacaq

Dadlı şam yeməyinin hazırlanması üçün tələb olunan əşyalararın siyahısı!

lg_c22b0ffdfff8dc99fec9655119ddd124 lg_e7bb93173e1da1aff886fe723b9456bd