Toyuq ətindən toplar tomat pastasında əriştə ilə

İnqrediyetnlər: toyuq filesi, toyuq yumurtası, evsayağı əriştə, parmezan pendiri, öz suyunda pomidorlar, tomat pastası, soğan, sarımsaq, göyərti, çörək, ədviyyatlar qarışığı. .

Porsiyanın çəkisi: 550 qr

100 qr hazır məhsula:

Enerji dəyəei (kkal) – 172 Zülallar (qr) - 12 Yağlar (qr) – 3 Karbohidratlar (qr) - 23

Hazırlanması:

Diqqət! Biz sizə dünya mətbəxinin restoran səviyyəsinə uyğun müxtəlif təamlarının reseptlərini təqdim edirik. Bu təamlarda müxtəlif ədviyyat və otlardan istifadə edildiyinə görə, onlar qeyri-adi və spesifik dada malik ola bilərlər. Bununla əlaqədar olaraq, bütün ot və ədviyyatları yeməklərə qatmazdan əvvəl dadmağı və tədricən əlavə etməyi tövsiyə edirik.

1. Toyuq filesini paketdən çıxardın. Yuyun, qurudun və noxud boyda dənələr həcmində doğrayın. Belə toplar daha dadlı olacaq.

2. Göyərtini yuyun. Soğanı, cəfərini və reyhanı xırda doğrayən.

3. Əriştə üçün su ilə qazanı oda qoyun (2 porsiyaya 1.5-2 l. hesabı ilə). Suyu duzlayın.

4. Sous üçün orta odda qızdırılmış dərin tavada soğanı bitki yağında qızardın. Soğan yumuşalanda sarımsaq əlavə edin (onu sarımsaqsıxandan keçirdin)Bundan sonra pomidorları, tomat pastasını, suyu (2 porsa 1 stəkan hesabı ilə), duz, istiot, ədviyyatlar qarışığın (zövqünüzə görə) əlavə edin. Su qaynayanda alovun gücünü azaldın.

5. Doğranmış toyuq filesini, yumurtanı, pendiri,duzu, istiotu və cəfərini dərin qaba qoyun. Çörəyi suda isladın, yaxşıca sıxın və kütləyə qatın. Əlinizlə hamısını yaxşıca qarışdırın.

6. Nəm əllərlə toyuq kütləsindən toplar formalaşdırın və onları sousa yerləşdirin. Yarısından qapaqla bağlayın və alovu azaldaraq 10-15 dəqiqə ərzində hazırlayın. SOnra ehtiyyatla qarışdırın və daha 5-10 dəqiqə hazırlayın.

7. Əriştəni qaynayan suda 7-10 dəqiqə ərzində bişirin. Sonra süzgəcə boşaldın və suyunu süzdürün.

8. Topları əriştənin üzərində qəqdim edin, üztünə sous və permezan əlavə edin. Nuş olsun!

Menyuya qayıtmaq

Mətbəxtdə sizə nə lazım olacaq

Dadlı şam yeməyinin hazırlanması üçün tələb olunan əşyalararın siyahısı!

lg_5a63502cf0c4e29ad447b7d9f84d2743 lg_bf025400341d5a31ffb5e476a517b902