Ovçu kolbasaları qabıqda kartofla və kişniş və pomidor salatı ilə

İnqrediyetnlər: ovçu kolbasaları, kartof, pomidor öz suyunda, baş soğan, kişniş. .

Porsiyanın çəkisi: 500 qr

100 qr hazır məhsula:

Enerji dəyəri (kkal) – 157 Zülallar (qr) - 9 Yağlar (qr) – 10 Karbohidratlar (qr) - 8

Hazırlanması:

Diqqət! Biz sizə dünya mətbəxinin restoran səviyyəsinə uyğun müxtəlif təamlarının reseptlərini təqdim edirik. Bu təamlarda müxtəlif ədviyyat və otlardan istifadə edildiyinə görə, onlar qeyri-adi və spesifik dada malik ola bilərlər. Bununla əlaqədar olaraq, bütün ot və ədviyyatları yeməklərə qatmazdan əvvəl dadmağı və tədricən əlavə etməyi tövsiyə edirik.

1. Kartofu yuyun və orta odda 20-25 dəqiqəlik bişmək üçün qazana qoyun.

2. Göyərtini və soğanı yuyun və xırda doğrayın.

3. Öz suyunda pomidorları qaba qoyun və çəngəl ilə əzin. Pomidorlara doğranmış soğanı və göyərtini (təamın bəzənməsi üçün az miqdarda saxlayın) əlavə edin, duzlayın, istiotlayın və qarışdırın. Salatı süfrəyə təqdim etmək üçün salat qabına yerləşdirin.

4. Kartofun hazır olduğunu yoxlayın. Suyu qazandan süzün.

5. Orta odda qızdırılmış tavaya bitki və ya əridilmiş yağ əlavə edin və qabığı təmizlənməmiş kartofu bütövlüklə tavaya düzün. 3-5 dəqiqə ərzində bir qədər qızardın.

6. Kolbasaları paketdən çıxardın. 2 hissəyə bölün və kartofla birgə bir qədər qızardın.

7. Qızardılmış kartofu və kolbasaları qaba düzün. Üstünə doğranmış göyərti və soğanı əlavə edin və süfrəyə salatla birgə təqdim edin. Nuş olsun!

Növbəti günün şam yeməyi üçün toyuq budunu buz dolabından soyuducuya yerləşdirin. 

Menyuya qayıtmaq

Mətbəxtdə sizə nə lazım olacaq

Dadlı şam yeməyinin hazırlanması üçün tələb olunan əşyalararın siyahısı!

lg_73611ad602c658257aee7a3056b20bda lg_f02df59565663b7b58f9bbc98b5165e6