Toyuq ətindən kartof kotletləri kök salatı ilə

İnqrediyetnlər: toyuq budu (bişmiş), kartof, baş soğan, un, toyuq yumurtası, kök, mayonez, qoz, ədviyyatlar qarışığı

Porsiyanın çəkisi: 520 qr

100 qr hazır məhsula:

Enerji dəyəri (kkal) – 138 Zülallar (qr) - 7 Yağlar (qr) – 7 Karbohidratlar (qr) - 12

Hazırlanması:

Diqqət! Biz sizə dünya mətbəxinin restoran səviyyəsinə uyğun müxtəlif təamlarının reseptlərini təqdim edirik. Bu təamlarda müxtəlif ədviyyat və otlardan istifadə edildiyinə görə, onlar qeyri-adi və spesifik dada malik ola bilərlər. Bununla əlaqədar olaraq, bütün ot və ədviyyatları yeməklərə qatmazdan əvvəl dadmağı və tədricən əlavə etməyi tövsiyə edirik

1. Kartofu təmizləyin, yuyun, dilimləyin (doğrayın) qazana düzün, duzlayın və qaynar su əlavə edin. Zəif odda yumuşalana kimi bişirin (15 dəqiqəyə yaxın).

2. Soğanı təmizləyin, yuyun, dördbucaq şəkilində doğrayın. Tavanı qızdırın, bitki yağı əlavə edin (2 x.q.). Qaynar yağa soğanı əlavə edin. Soğanı orta odda qarışdıraraq qızılı rəng alanadək qızardın (2-3 dəqiqə).

3. Donu açılmış toyuq budunu paketdən çıxardın. Toyuq ətini sümükdən ayırın və doğrama taxtasında bıçaqla xırda doğrayın. Tavadakı soğana əlavə edin. Duzlayın, istiotlayın. Orta odda 4-5 dəqiqə ərzində qarışdıraraq qızardın.

4. Suyu süzün, kartofu əzin, kərə və ya bitki yağı əlavə edin (2 posrsa 1 x.q. hesabı ilə). Qarışdırın. Yumurta əlavə edin. Unu əlavə edin (2 porsa 1-2 x.q. hesabı ilə). Yaxşıca qarışdırın.

5. Kartof xəmirindən yumru kündə düzəldin, kündənin ortasına farşı düzün. Kotlet düzəldin və una batırın.

6. Tavanı qızdırın. Bitki yağı əlavə edin. Qaynar yağa kartof kotletlərini düzün. Kartof kotletlərinin orta odda qızılı rəng alanadək 2-3 dəqiqə ərzində qızardın. Sonra digər tərəfinə çevirərək digər tərəfdən də qızardın. Bütün kotletləri bu cür qızardın.

7. Kökü yuyun və sürtgəcdə sürtün. Duzlayın, istiotlayın və mayonez əlavə edin.

8. Kotletləri və salatı qaba düzün. Salatın üzərinə qoz əlavə edin. Nuş olsun!

Növbəti günün şam yeməyi üçün farşı buz dolabından soyuducuya yerləşdirin. 

Menyuya qayıtmaq

Mətbəxtdə sizə nə lazım olacaq

Dadlı şam yeməyinin hazırlanması üçün tələb olunan əşyalararın siyahısı!

lg_3f37b2a85dac50b51b58bae28f3083c8 lg_2b6e729026ddb6a9548a93dbdcf3a209