Xidmətin şərtləri

İCTİMAİ OFERTA

1. Müqavilədə istifadə olunan terminlər

1.1. Məhsul - internet saytımızda təqdim olunmuş nümunələr üzrə sifarişi aparılan ərzaq məhsulları və onları müşayət edən mal və xidmətlər.

1.2. Alıcı (İstifadəçi) - http://www.barakat.az ünvanı və ya telefon əlaqəsi vasitəsi ilə Məhsulun sifarişini yerləşdirən şəxs.

1.3. Satıcının saytı - İnternetdə http://www.barakat.az elektron ünvanı üzrə yerləşdirilən və Satıcıya məxsus olan məlumat resursu.

1.4. Çatdırılma xidməti - Satıcının Məhsullarının çatdırılmasını təşkil edən şöbəsi.

1.5. Çatdırılma şərtləri - çatdırılma və ödəniş şərtlərini tənzimləyən şərtlər. Çatdırılma şərtləri internet səhifəmizdə http://rc.barakat.az/az/p/delivery-and-payment ünvanında yerləşdirilmişdir.

2. Müqavilənin predmeti

2.1. Satıcı öz saytı və ya telefon əlaqəsi vasitəsi ilə Alıcıya sifarişlər etmək imkanını təqdim edir. Satıcı Müqaviləyə Əlavələr vasitəsi ilə Alıcıya digər xidmtlər də təqdim edə bilər.

3. Ümumi müddəalar

3.1. Bir tərəfdədən "Barakat.az" firması (bundan sonra mətndə ismin müvafiq halında "Satıcı" adlanacaq), digər tərəfdən İntermet şəbəkəsi istifadəçisi (bundan sonra mətndə ismin müvafiq halında "Alıcı" adlanacaq) bundan sonra mətndə birgə ismin müvafiq halında "Tərəflər" adlanacaq bu müqaviləni bağladılar (bundan sonra "Müqavilə" adlanacaq).

3.2. Müqavilə AR Mülki Məcəllənin 408 maddəsinə müvafiq olaraq bir və ya bir neçə şəxsə ünvanlanmış təklif olmaqla ictimai oferta (təklif) hesab olunur.

3.3. AR Mülkü Məcəllənin 409 maddəsinə müvafiq olaraq ofertanın ünvanlandığı şəxsin ofertanı (Müqaviləni) qəbul etməsi haqqında cavabı, Satıcının saytında qeydiyyatdan keçməsi və ya könüllü şəkildə müvafiq məbləğin ödənilməsi aksept (razılıq) sayılır.

3.4. Məhsulun keyfiyyəti ilə bağlı iddialar Malın çatdırıldığı gündən sonra 7 gün ərzində qəbul edilir. Rəsmi dövlət ekspertizası maraqlı tərəfin hesabına və ancaq paketin tamliğının qorunması şərtilə aparılır. İddiaların göndərilməsi üçün ünvan və digər əlaqə məlumatları: AZ1003, Bakı ş., Səbayıl r-nu, Neftçi Qurban Abbasov küç.13, telefonlar +994 (50) 299-5111, +994 (,051) 299-5111, e-mail: info@barakat.az

4. Tərəflərin hüquq və vəzifələri

4.1. Alıcının qeydiyyatı üçün Alıcı Satıcının saytında qeydiyyat formasını doldurur və "Sifariş vermək" düyməsini basmaqla bu Müqavilənin şərtləri ilə razı olduğunu təsdiq edir.

4.2. Alıcı yanlış məlumat təqdim edərsə, və ya Satışıda təqdim olunmuş məlumatların düzgünlüyünə, dəqiqliyinə və ya tamlığına şübhə doğuran ciddi səbəb olarsa, Satıcının hüququ var ki, Alıcının qeydiyyatını dayandırsın və ya ləğv etsin və/və ya qeydiyyatdan keçmiş Alıcıya öz xidmətlərinin göstərilməsində imtina etsin.

4.3.Alıcının avtorizasiyası ona Satıcı tərəfindən qeydiyyatın təsdiqi üçün xüsusi link göndərilməsi yolu ilə həyata keçirilir. Alıcı bu məlumatların qorunması ilə və onun qeydiyyat məlumatlarının istifadəsi ilə Satıcının saytında aparılacaq bütün hərəkətlərlə bağlı məsuliyyəti özü daşıyır.

4.4. Alıcı onun qeydiyyat məlumatları ilə icazəsiz daxilolma və/və ya onun qeydiyyat məlumatlarının təhklükəsizliyinin pozulması ilə bağlı istənilən hadisə baş verdikdə "Barakat.az" xidmətini dərhal məlumatlandırmalıdır. Məlumamatlandırma info@barakat.az email ünvanına məktubla və ya +994 (50) 299-5111, +994 (51) 299-5111 telefon nömrələrinə zənglə aparılır.

4.5. Qeydiyyat zamanı öz telefon nömrəsini və elektron ünvanını göstərməklə, Alıcı Satıcıdan məlumat xarakterli SMS və Email-ləri alacağının razılığını bildirir.

5. Xidmətlərin təsviri

5.1. Satıcının saytı Alıcın Məhsul ilə tanış olması və sifarişin rəsmiləşdirilməsi üçün əsas vəsaitədir.

5.2. Sifariş olunmuş Məhsul sifarişin icrasına qəbulu zamanı əldə olmadıqda, Satıcının Alıcı ilə bu Məhsulun dəyişdirilməsinin rəzılaşdırılması, olmayan Məhsulun silinməsi və ya sifarişin ləğv edilməsi hüququ vardır. Satıcı sifarişin tamlığının dəyişdirilməsi ilə bağlı Alıcıya saytda qeydiyyat zamanı göstərdiyi elektron ünvanına məktub göndərməklə, telefon nömrəsinə zəng etməklə və ya ya SMS göndərməklə xəbərdarlıq etməyini öhdəsinə götürür.

5.3. Satıcı tərəfindən məhsulun çatdırılmasına dair sifariş qəbul edildikdə, onun razılaşdırılması Alıcının sifariş zamanı seçdiyi (və ya onun əvvəlki sifarişləri zamanı seçdiyi) əlaqə üsullarından asılı olaraq, SMS, telefon əlaqəsi və ya qeydiyyat zamanı göztərdiyi elektron ünvanına messaj göndərilməsi yolu ilə həyata keçirilir.

5.4. Çatıdırlma Satıcı tərəfindən təsdiq edilməsi şərti ilə Alıcının sifariş zamanı göstərdiyi ünvana uyğun olaraq və Bakı, Abşeron və Sumqayıt ərazisində həyata keçirilir. Çatıdırlma Alıcı ilə razılaşdırılmış vaxt və tarix üzrə aparılır. Çatdırılmanın təsdiqi Satıcı tərəfindən telefon əlaqəsi və/və ya SMS yolu ilə aparılır.

5.5. Alıcı qeydiyyatı və/və ya sifarişi zamanı göstərdiyi telefon nömrələrinə Satıcının operatorların və kuryerlərin sifarişlə bağlı olan zənglərini, habelə SMS messajları və elektron ünvanına məktubları qəbul etməyə razıdır. Alıcı sifariş etdiyi Məhsulu qeydiyyatı və/və ya sifarişi zamanı göstərdiyi ünvan üzrə Satıcının işçisindən və ya digər müvəkkil olunmuş şəxsdən qəbul etməyə razıdır.

5.6. Alıcı qeyd etdiyi ünvanın yeri haqqında məlumatı maksimum dəqiq göstərməli və Satıcının işçisinin və ya digər müvəkkil olunmuş şəsxin qeyd olunmuş ünvana sərbəst və maneəsiz daxilolmanı təmin etməlidir.

5.7.Satıcının saytında yerləşdirilən bütün materiallar məlumat xarakteri daşıyır və Məhsulun dəqiq təsviri haqqında tam məlumatı əks etdirməy bilər. Məlumatın Məhsulun real xarakteristikasına uyğun olmamasına görə Satıcı məsuliyyət daşımır. Çatdırılmış Məhsulun və ona daxil olan inqrediyentlərin saxlama müddəti çatdırılma günündən 6 (altı) təqvim günü təşkil edir. Alınmış Məhsullarda və onun inqrediyentlərində göstərilmiş şərtlərinin və saxlama müddətinin pozulmasından irəli gələn zərəra görə Satıcı məsuliyyət daşımır.

5.8. Alıcı sifariş etdiyi Məhsuldan çatdırılma həftəsinin çərşənbə günündən gec olmayaraq imtina verə bilər. Çərşənbə günündən sonra, lakin razılaşdırılmış çatdırılma vaxtından 24 saat gec olmayaraq, Alıcı çatdırılmanın vaxtını istənilən digər həftəyə dəyişə bilər.

5.9. Kartla ödəniş aparıldıqda pul vəsaitlərinin qaytarılması ancaq ödəniş aparılmış karta mümkündür. Məhsul (və ya onun bir hissəsi) müvafiq keyfiyyətlərə malik olduqda Alıcı onun alınmasından imtina edə bilməz. Müvafiq keyfiyyətlərə malik olan Məhsullar dəyişdirilmir və geri qaytarılmır.

5.10. Alıcı etdiyi sifarişi Satıcı ilə razılaşdıraraq dəyişdirə bilər. Belə bir dəyişikliyin aparılması razılaşdırılmış çatdırılma vaxtına ən geci 24 saat qalmışa kimi mümkündür. Və bu halda əgər ödəniş nəğdsiz ödəmə yolu ilə aparılmışdır, Satıcı dəyişikliyi ödəniş aparılmış karta pul vəsaitlərin bir hissəsini qaytarılması yolu ilə həyata keçirir .

5.11. Əgər Məhsullar sifarişdə qeyd olunmuş ünvan və müddət üzrə çatdırılmışdır, lakin Satıcıdan asılı olmayan səbəblərə görə Alıcıya təhvil verilməmişdir (Alıcının müvafiq keyfiyyətlərə malik olan Məhsulu təhvil almaqdan imtina edir; Alıcı sifariş zamanı ünvanı yanlış göstərib, təyin olunmuş vaxtdan 15 dəqiqə ərzində göstərilmiş ünvan üzrə Məhsulu heç kim təhvil almadı və bununla yanaşı sifarişdə qeyd olunmuş telefon nömrəsinə heç kim cavab vermədi və s.) Satıcı təhvil alınmayan Məhsulların tam dəyərini Alıcıdan tələb etmək hüququna malikdir.

5.12. Məhsulda çatışmamazlıqlar aşkarlandıqda, Alıcı öz seçimi ilə Məhsulun digər müvafik keyfiyyətlərə malik olan məhsul ilə əvəzləşdirməsini və ya onun alış dəyərinin müvafiq həcmdə azalmasını tələb etmək hüququna malikdir. Göstərilən tələbləri təqdim etməkdən imtina edərək, Alıcı aldığı Məhsulu əldə etməkdən imtina etməyi və Məhsul görə ödənilmiş məbləğin geri qaytarılmasını tələb edə bilər. Bu halda Alıcı müvafiq keyfiyyətlərə malik olmayan təhvil alınmış məhsulu Satıcının tələbi ilə və onun hesabına geri qaytarmalıdır.

5.13. AR "İstehlakçıların hüquqların müdafiəsi haqqında" Qanunun 7.6 maddəsinə müvafiq olaraq, müvafiq keyfiyyətlərə malik olmayan Məhsula görə ödənilmiş məbləğ Alıcının müvafiq tələbindən sonra 14 (on dörd) təqvim günü ərzində qaytarılır. Alıcının məhsulun keyfiyyəti ilə bağlı olan iddiaları Satıcıya bu Müqavilənin 5.7 bəndində göstərilmiş Məhsulun saxlama müddəti ərzində qaldırıla bilər.

6. Satıcının saytında yerləşdirilmiş materialların istefadə şərtləri.

6.1. Satıcının saytı özündə müəllif hüquqları ilə qorunan materialları, ticarət nişanlarını və digər qanunla qorunan materialları (habelə mətnləri, fotoşəkilləri və qrafik şəkilləri) saxlayır.

6.2. Saytın məzmunun istifadəsi "Barakat.az" şirkətinin xüsusi istifadəsindədir (əlavə qeydi aparılmış saytda dərc olunmuş materiallar istisna olmaqla)

6.3. Alıcının və ya Satıcının saytına daxil olmuş hər hansı digər bir şəxsin saytda dəyişikliklər etmək, dərc etmək, üçüncü şəxslərə ötürmək, satışda iştirak və ya endirim etmək, törəmə məhsul yaratmaq və/və ya hər hansı bir digər üsul ilə saytın məzmununu və ya onun bir hissəsini istifadə etmək hüququ yoxdur.

7. Çatdırılma, ödəniş və qayatrılma.

7.1. Çatdırılmanın qiyməti, alınan malların ödəniş şərtləri və sifarişin rəsmiləşdirmə şərtləri www.barakat.az/az/p/delivery-and-payment ünvanı üzrə "Çatdırılma və ödəniş" şərtlərində göstərilmişdir. Sifarişi rəsmiləşdirməklə, Alıcı Məhsulların dəyirinin ödənilməsi və çatıdırlma ilə bağlı məlumatlandırıldığını və razı olduğunu bildirir.

7.2. Ödəniş bank kartı vasitəsilə və komissiyasız həyata keçirilir. Ödənişlər VİSA, MAESTRO və MASTER CARD bank kartlarından pul vəsaitlərinin köçürməsi yolu ilə həyata keçirilir, o şərtlə ki, kartı vermiş bank internet-ödənişləri imkanını təqdim etsin. Belə bir imkanın olub-olmaması ilə bağlı məlumatı Bankınıza müraciət etməklə dəqiqləşdirə bilərsiniz.

7.3. Ödəniş Alıcının Məhsulu təhvil aldığı andan gec olmayaraq nəğd və ya bank kartı ilə aparılmalıdır.

7.4. İnternetlə ödəniş xidməti müasir yoxlama, şifrələnmə və bağlı rabitə kannalları ilə məlumatın ötürülməsi üsullarından istifadə etməklə, məxfilik və təhlükəsizlik prinsiplərinə uyğun olaraq beynalxalq ödəniş sistemlərinin şərtləri ilə həyata keçirilir. Bank kartının məlumatların daxil edilməsi xidməti təqdim etmiş bankın qorunan ödəniş səhifəsində aparılır.

7.5. Ödənişə imtina olma halları:

bank kartı internetlə ödəniş aparılması üçün nəzərdə tutulmayıb

bank kartında ödəniş üçün kifayət qədər pul vəsaiti yoxdur

bank kartının məlumatları yanlış daxil edilib

bank kartının istifadə müddəti bitib

gün ərzində mümkün olan əməliyyatların limiti aşıb.

7.6. Düzgün daxilolma üçün bank kartınızda olan məlumatları dəqiq daxil etmək lazımdır:

Kart sahibi, adətən, bank kartının ön hissəsində ingilis dilində baş hərflərlə qeyd olunur.

Kartın nömrəsi, adətən, kartın ön hissəsində qeyd olunur və 16 rəqəmdən ibarətdir.

Kartın istifadə müddəti adətən bank kartının ön hissəsində rəqəmlərlə qeyd olunur

CVV2 və ya CVC2 kart kodu - adətən katın arxa hissəsində qeyd olunur.

7.7. Pul vəsaitinin bank kartına qaytarılması üçün Alıcının tələbi ilə Satıcı onun elektron ünvanına göndərdiyi "Pul vəsaitlərinin qaytarılmaqı ilə bağlı Ərizə" forması doldurulmalıdır və şəxsiyyət vəsaiqəsinin surəti əlavə etməklə info@barakt.az ünvanına göndərilməlidir.

7.8. Pul vəsaitlərinin Alıcının Ərizəsində qeyd etdiyi bank hesabına qaytarılması Satıcının "Pul vəsaitlərinin qaytarılmaqı ilə bağlı Ərizə"ni aldığı gündən 21 (iyirmi bir) iş günü ərzində aparılır.

7.9. Ödəniş sistemləri ilə Satıcının bank hesabına səhvən ödənilən pul vəsaitlərinin qaytarılması üçün, Alıcı yazılı ərizəsi və ona əlavə olunmuş şəxsiyyət vəsiqəsinin və yanlış köçürməni təsdiq edən qəbz/çekləri ilə birgə müraciət etməlidir. Sənədlər info@barakat.az ünvanına göndərilməlidir.

7.10. Yazılı ərizə, ona əlavə olunmuş şəxsiyyət vəsiqəsi və yanlış köçürməni təsdiq edən qəbz/çekləri qəbul edildikdən sonra, Satıcı 21 (iyirmi bir) iş günü ərzində pul vəsaitərini Ərizədə qeyd olunmuş Alıcının bank hesabına qaytarır. Bu halda qaytarılan məbləğin həcmi Sifarişin dəyərinə bərabər olacaqdır. Ərizəyə baxış və sonrakı pul vəsaitlərinin Alıcıya qaytarılması Ərizənin Satıcıya daxil edildiyi gündən iş günləri ilə (bayram və istirahət günləri nəzərə alınmamaqla) hesablanır.

7.11. Qaytarılmanın şərti beynalxalq ödəniş sistemlərinin şərtləri ilə tənzimlənir.

7.12. Məhsulu təhvil aldıqda, Alıcı məhsulu müşayiət edən sənədləri imzalamalı, malları təhvil alnması və ya onların (və ya onların bir hissəsinin) təhvil etməsindən imtina etməsi ilə bağlı qeyd aparmalıdır.

8. Müqavilənin qüvvədə olma müddəti

8.1. Müqavilə İstifadəçinin http://www.barakat.az saytında qeydiyyat keçdiyi andan qüvvəyə minir və Tərəflərin öz vəzifələrini tam icra etdiyi anadək qüvvədədir.

9. Sağlamlıq vəziyyətinin xüsusi halları, allergic reaksiyalar və şəxsi əks göstəricilər.

9.1. Ərqazların tərkibinə şəxsi allergik reaksiyalar və uyğunsuzluqa səbəb ola biləcək inqrediyentlər daxil ola bilər. Məhsulu Satıcının saytında sifariş etməklə, Alıcı onların tərkibi ilə tanış olduğunu və heç bir iradı və iddiası olmadığını təsdiq edir.

10. Fors major

10.1. Tərəflər bü Müqavilə üzrə vəzifələrinin tam və ya qismən icra etməməsinin məsuliyyətindən o zaman azad olunurlar ki, icra etməməkləri Müqavilə bağlandıqdan sonra fors-major vəziyyətindən bir başa irələ gəlib, fövqaladə xüsusiyətləri olan halların (yanqın, sel, tufan və zərzələ və ya dövlət orqanları tərəfindən Tərəflərin hər hansı birinin fəaliyyətinə qadağa qoyulması) nəticəsində baş verib və Tərəflərin bu halların olacağını əvvəlcədən bilməsi və qarşısnın alınması mümkün olmayıb.

11. Mübahisəli hallarının həlli

11.1. Bu Müqavilədən irəli gələn mübahisəli hallar, məhkəmədənqabaq (iddia) qaydasında həll olunur. Satıcı tərəfindən iddiaların baxılmasına müddət - iddia daxil olduqdan 14 (on dörd) təqvim günü ərzindədir.

11.2. Tərəflər razılıqa gəlmədikdə, mübahisəli hallar AR Qanunlarına uyğun olaraq Məhkəmə qaydasında həll olunur.

12.Məxfilik siyasəti haqda məlumat

12.1 İstifadəçinin şəxsi məlumatların təqdim edilməsinin razılığı Satıcının saytında qeydiyyat keçməsindən və ya sifarişin könüllü ödənilməsindən irəli gələn avtomatik ictimai oferta ilə razılığı ilə təyin edilir.

12.2 Xİdmətlərin göstərilməsi üçün Satıcı istifadəçinin ancaq tələb olunan şəxsi məlumatlarını toplayır və saxlayır. Satıcı istifadəçinin şəxsi məlumatlarını onun identifikasiyası, ödəniş məlumatlarının dəqiqləşdirilməsi, xüsusi xidmətlərin təqdim edilməsi, Alıcı ilə əlaqənin qurulması, sifarişlərin və ərizələrin qəbulu, ümumi statistik hesablanmaların aparılması və Alıcıya təqdim olunan xidmətlərin keyfiyyətinin artırılması üçün istifadə edə bilər.

12.3. Satıcı istifaçənin şəxsi məlumatlarını üçüncü şəxslərə ancaq aşağıdakı hallarda verə bilər:

Alıcı bu hərəkətlərə razılığını bildirsin,

Məlumatın verilməsi Alıcıya xidmətin göstərilməsi üçün tələb olunur,

məlumatların verilməsi AR qanunvericiliyində nəzərdə tutulub.

13. Digər şərtlər

13.1. Müqavilənin hər hansı bir bəndi və ya bəndinin bir hissəsi etibarsiz və ya hüquqi qüvvəsi olmayan tanılarsa, Müqavilənin digər bəndləri və bəndlərinin hissələri tam qüvvəsində olduğu hesab olunur.

13.2. Bu Müqavilənin bütün Əlavələri (olduğu halda) onun ayrılmaz hissəsi sayılır.

13.3. Digər bütün məsələlərdə Tərəflər AR qanunvericiliyini rəhbər tutmağa razılaşırlar.

13.5. Bütün yaranan suallarla bağlı Alıcı info@barakat.az ünvanına məktub göndərməklə və ya Satıcının saytında göstərilmiş telefon nömrələrinə zəng etməklə Müştərilərlə iş şöbəsinə müraciət edə bilər.

Satıcı:

"Barakat.az"

AZ1003, Bakı şəh., Səbail r-nu, Neftçi Qurban Abbasov küç, ev 13.

Telefon: +994 (50) 299-5111, +994 (51) 299-5111

http://www.barakat.az